“Başqa ölkələrin həbsxana və dəlixanalarından ABŞ-a axışan miqrantlar” – Tramp

Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var.

Zafer Tv xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp WGAL-a müsahibəsində deyib.

“Onlar (indiki Amerika administrasiyası – red.) qərara gəliblər ki, bizə dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır: həbsxanalardan, psixiatriya xəstəxanalarından və s. Biz hər kəsi qəbul edirik”, – Tramp deyib.

Eyni zamanda o, etiraf edib ki, immiqrantlar arasında ABŞ-a fayda gətirən insanlar da var.

Qeyd edək ki, eks-prezident miqrant məsələsini öz seçki kampaniyasının zərbəçi şüarına çevirib.\\musavat\\