Bu da bunların keşişi…

Paşinyandan istefa tələb etmək üçün yürüş təşkil edən və ötən gün İrəvandakı “Respublika meydanı”nda keçirilən çoxminli etiraz aksiyasına rəhbərlik edən keşiş, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın meydandan getdiyi, daha doğrusu, müvəqqəti aradan çıxdığı bildirilir.

Zafer Tv İctimairey.az-a istinadən xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Bəybala Mirzəyev deyib.

Səbəb kimi isə göstərilir ki, guya keşiş səhhətində yaranan problemlərə görə Respublika meydanını tərk edib.

“Sputnik Ermənistan”ın məlumatında qeyd edilir ki, din xadiminə ayaqlarını təcili müalicə etdirmək lazım gəlib: dünənki mitinqdən sonra guya arxiyepiskopun ayaqları şişibmiş, üzərində sıyrıqlar və yaralar əmələ gəlibmiş.

Lakin əsl həqiqətdə isə Baqrat Qalstanyanın meydandan getməsi öz “ağa”ları ilə gizli görüşlər keçirməsi ilə əlaqələndirilir.

Qalstanyan bütün ermənilərin katalikosu II Qaregin və eks-prezident Robert Köçəryanla məsləhətləşmək və onlardan yeni tapşırıqlar almaq üçün meydanı tərk edib.

Yalançı keşiş isə təbii ki, bütün bunları danır, təkzib edir.

Ancaq onu tanıyanlar Baqrat Qalstanyanın kütbeyin bir şəxs olduğunu təsdiqləyir və bildirirlər ki, o, Qareginin və Köçəryanın məsləhətləri olmadan meydandakı kütləni əsla idarə edə bilməz.
Bir sözlə, Baqrat idarə olunan kukla rolunu icra edir. Ancaq heç bunu da düz-əməlli bacarmır.

P.S.
Bir xalqın ki Baqrat kimi keşişi, II Qaregin kimi dini lideri ola, o xalqa başqa düşmən lazım deyil.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.