AHK sədri Ulu Öndərin məzarını ziyarət etdi

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov müasir Azərbaycanın müstəqilliyinin xilaskarı, yeni dövlətçiliyimizin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət edib.

Bu barədə AHK-nin Mətbuat xidmətindən məlumat verilib.

AHK-nin rəhbəri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyub, xatirəsini ehtiramla anıb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstəsi qoyulub.