Aİ ölkələrindən deportasiya olunan Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

2024-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələri 1015 Gürcüstan vətəndaşını deportasiya edib.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər arasında 628 kişi və 159 qadın var.

Qeyd edilib ki, onlardan üçünü Gürcüstan qəbul etməkdən imtina edib.