İranda parlament seçkilərinin ikinci turu başlayıb

İranda 22 dairə üzrə parlament seçkilərinin ikinci turu başlayıb.

“Report” xəbər verir ki, məlumatı İSNA yayıb.

Bildirilib ki, 22 seçki dairəsi üzrə 90 namizəd 44 yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, martın 1-də İranda Din Ekspertlər Şurasına (Məclise-Xubreqan, ali rəhbəri seçən qurum) 6-cı çağırış və İslam Şurası Məclisinə (parlament) 12-ci çağırış seçkiləri keçirilib. Şurada 88 yer uğurunda mübarizədə 144 din xadimi iştirak etmişdi. İran parlamentində 290 yer uğrunda 15 200 namizəd mübarizə aparmışdı.