Kanada parlamenti Sepahla bağlı hökumətə müraciət edib

Kanada parlamentinin İcmalar Palatası İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) terrorçu qruplaşmalar siyahısına salınması ilə bağlı son altı ildə hökumətə ikinci dəfə müraciət edib.

“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə Kanada Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (CSIS) Rusiya, Çin, Hindistan və İranın 2032-ci ildə bu ölkə ərazisində fəaliyyətlərinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, bir sıra xarici ölkələr Kanadanın daxili işlərinə müdaxilə etmək üçün təhrik, sui-qəsd, məcburetmə, qanunsuz maliyyələşdirmə, zərərli kiber fəaliyyətlər və informasiya manipulyasiyası kimi müxtəlif düşmənçilik planlarını həyata keçirirlər.

Məlumata görə, Sepahın terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı plan parlamentdə yekdilliklə qəbul olunub.