Trampın 18 yaşlı oğlu siyasi karyeraya başlayır

ABŞ-nin 45-ci Prezidenti Donald Trampın ən kiçik övladı Berron Tramp siyasi karyeraya başlayır.

18 yaşı tamam olan kimi gənc Tramp artıq Florida Respublikaçılar Partiyası tərəfindən Respublikaçıların Milli Konvensiyasına Floridadan nümayəndə kimi seçilib.

Mart ayında 18 yaşı tamam olan Berron digər ailə üzvlərinə – nümayəndə kimi seçilən kiçik Donald Tramp, Erik Tramp və Tiffani Trampa qoşulub. Trampın köhnə dostu və lüks daşınmaz əmlak istehsalçısı Stiv Vitkoff da Trampın müttəfiqi Sercio Qor ilə birlikdə nümayəndələr siyahısındadır.//Oxu.az