Türkiyə donanması yunanları təşvişə saldı

Türkiyə donanmasının sürətlə inkişaf etməsi Yunanıstanda narahatlıq yaradıb.

Zafer Tvxəbər verir ki, bu barədə Yunanıstanın “SL Press” saytı məlumat yayıb.

Saty yazır ki, yunanlar türk gəmilərinin imkan, qabiliyyət və texnoloji yeniliklərindən narahatdır.

“Yunanıstandan fərqli olaraq, Türkiyə gəmi sektorunda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib. Rəsmi Ankara müasir və güclü donanma ilə Şərqi Aralıqdakı silahlı qüvvələrinə güc qatacaq”, – deyə məqalədə bildirilir. /axar.az/