Bu gün BAŞLAYIR: Dünyanın diqqəti Brüsselə yönəldi

Bu gün Brüsseldə NATO zirvəsinin keçirələcəyi qərargahın yerləşdiyi ərazi “təhlükəsizlik bölgəsi” elan edilib.

Zafer Tv xəbər verir ki, bölgədəki bütün yollar bağlanıb.Təhlükəsizlik bölgəsində və onun ətrafında minlərlə polis əməkdaşı və xüsusi təyinatlı qüvvələr mövqe tutub. Ərazidəki bütün kanalizasiya qapaqları möhürlənib. Hər kanalizasiya qapağının olduğu yerdə 1 polis mövqe tutur.

Ekspertlərin sözlərinə görə, NATO zirvəsində qəbul ediləcək qərarları dünya böyük maraqla gözləyir. Ekspertlər hesab edir ki, liderlər arasında baş tutacaq görüşlərin nəticəsindən asılı olaraq dünyada yeni “yol xəritəsi” cızılacaq. /metbuat.az/