Ərdoğan tez-tez söz savaşına çıxdığı Makronla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş başlayıb.

Zafer Tv “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə və Fransa liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, görüş mətbuata qapalı halda keçirilir.