Rusiyada DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI – ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

Rusiyanın Kemerovo vilayətində paraşütçülərin olduğu təyyarə qəzaya uğrayıb.

Zafer Tv xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə nəticəsində 4 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Yaralananlardan 4 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Qəza zamanı təyyarədə 17 nəfər olub. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. /azsabah.com/