Pantus: Qərbin sanksiyaları bizə təsir etməyib

Müdafiə sektorunun bütün müəssisələri Qərbin məhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, Belarusda sabit fəaliyyət göstərirlər.

Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus deyib.

O bildirib ki, sanksiyalar çərçivəsində işlərlə əlaqəli kritik məqamlar yoxdur:

“Qoskomvoenprom” sisteminin və müdafiə sektorunun bütün müəssisələri stabil işləyir”.

Pantus əlavə edib ki, Belarus onunla tam işləmək istəməyən ölkələrdən aldığı hissələri, montajları, elementləri Rusiya, Çin və ümumiyyətlə Şərq qövsünün istehsalçıları əvəz edə bilər.