Rusiyada hoteldə güclü partlayış, ölən və xəsarət alanlar var – VİDEO

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində yerləşən hoteldə baş verən partlayış nəticəsində bir nəfər həlak olub, üç şəxs xəsarət alıb.

Bu barədə TASS-a təcili yardım xidmətindəki mənbədən məlumat verilib.

İlkin məlumata görə, partlayış hotelin mətbəxində baş verib.

İnsident nəticəsində binanın birinci mərtəbəsinin daxili konstruksiyalarını zərər görüb, şüşə parçaları ətrafa tökülüb.