Türkiyə günlərdi davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Avropa İttifaqından (Aİ) yardım istəyib.
Zafer Tv Publika.az-a istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyası açıqlama yayıb.
Qeyd edilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib.
Aİ Komissiyası təcili olaraq İspaniyadan 2, Xorvatiyadan isə 1 “Canadair” təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib.
Açıqlamada bu yanğınsöndürmə təyyarələrinin “rescEU” adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb.
“Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır”, – məlumatda deyilir.