Qırğızıstanın birinci prezidenti Əskər Akayev həbs edilib.
Zafer Tv -nin məlumatına görə, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi xəbər yayıb.
Ə.Akayevin devrilməsi ilə başa çatan ilk rəngli inqilabdan sonra keçmiş prezident Moskvaya köçərək, 2005-ci ilin martından orada yaşayırdı. O, bu illər ərzində beynəlxalq axtarışa verilmişdi.
Əsgər Akayev 1992 -ci ildə “Kumtor” layihəsi ilə bağlı ümumi müqavilənin bağlanması, 1994-cü ildə sözügedən layihəyə edilən dəyişikliklər, eləcə də 2003-cü ildə “Kameko” şirkəti ilə ümumi müqavilənin restrukturizasiyası zamanı aşkar edilən korrupsiya faktı ilə əlaqədar aparılan istintaq çərçivəsində saxlanılmışdı.