Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 3000-i keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Zafer Tv“ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.