Razi Nurullayev koronaya yoluxdu

Milli Məclisin deputatı Razi Nurullayev COVİD-19-a yoluxub.

Zafertv.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

R.Nurullayev virusa ötən həftə yoluxduğunu, vəziyyətinin yaxşı olmadığını deyib.

“Ümid edirəm ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəyəm”, – deyə deputat qeyd edib.