ATƏT: Rusiya qadağan olunmuş silahlardan istifadə edir

Rusiyanın Ukraynada dinc əhaliyə qarşı endirdiyi zərbələr dövlət terrorudur.

Axar.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau deyib.

“Rus qoşunları ukraynalıların ruhunu sındırmaq üçün mülki əhaliyə və infrastruktura zərbələr endirməyə başlayıb. Bu, təəssüf doğuran, utancverici və dövlət terrorizminə bərabərdir. Məktəblərə, xəstəxanalara və uşaq bağçalarına beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla qəsdən hücum edilir”, – ATƏT-in sədri bildirib.