Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır

Biz Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində yaranmış vəziyyətdən narahatıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz martın əvvəlindən müntəzəm olaraq atəşkəsin pozulmasını qeyd edirik. Rusiya sülhməramlı kontingenti öz məsuliyyət zonasında sabitliyi təmin etmək və vəziyyətə nəzarət etmək üçün müvafiq tədbirlər görür və bu səylər sayəsində martın 13-dən indiyədək heç bir silahlı insident qeydə alınmayıb.
Ermənistan-Azərbaycan sərhədinə gəlincə, biz müvafiq ikitərəfli komissiyanın yaradılması ilə mümkün qədər tez delimitasiya prosesinin başlanmasının tərəfdarıyıq. Biz qaz kəmərində baş vermiş qəza ilə bağlı ağır humanitar vəziyyətdən xəbərdarıq, bu problemi həll etmək üçün hər iki tərəflə – Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq”.