Rus hərbçiləri Zelenskinin iqamətgahını qarət edib

Rusiya hərbçiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Biryuçi adasındakı iqamətgahını qarət ediblər.

Axar.az xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə paylaşım edib.

Aprelin 2-də rus hərbçiləri oradan mebel çıxarıblar. Onları Azov-Sivaş Milli Parkının direktoru Yevgeni Popovçuk müşayiət edib.

İki zirehli maşın Zelenskinin iqamətgahında qalıb, üçü isə sərhəd zastavasına gedib. Yerli sakinlər həmçinin iddia edirlər ki, ruslar artıq yerli istirahət mərkəzlərini də qarət etməyə başlayıblar.

Qeyd edək ki, Biryuçi adası Azov dənizində ümumi sahəsi 7000 hektardan çox olan nəhəng qumlu adadır. Yerli medianın yazdığına görə, iqamətgahda üzgüçülük hovuzu və idman meydançası var.