NATO unutmasın ki, onu kosmosdan izləyirik

NATO dünya üçün əsas təhlükədir, alyansın üzvləri unutmasınlar ki, Rusiya onları kosmosdan izləyir.

Axar.az xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.

“İstərdim ki, Brüsseldəki köhnə tanışlarım, xüsusən də Stoltenberq NATO-nun yaranma günündə öz ofisində “Roskosmos” gəmisinin peyk görüntüsünə baxaraq heyran olsun. Uşaqlar, biz sizi izləyirik. Yadda saxlayın”, – Roqozin bildirib.

O, yazıya Alyansın Brüsseldəki qərargahının Rusiyanın “Resurs-P” peyki tərəfindən çəkilmiş peyk şəklini əlavə edib.