Çin ABŞ-a xəbərdarlıq etdi: Müdaxilə olarsa…

Çin Honkonqun, Tibetin və Uyğur muxtariyyətinin işlərinə heç bir xarici müdaxiləyə dözməyəcək.

ZaferTv.az Axar.az- a istinadən xəbər verir ki, bunu Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tszeçi ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.“ABŞ gərək “Vahid Çin” prinsipinə qəti şəkildə əməl etsin. Honkonqun, Tibetin və Sintszaynın işlərinə müdaxilə Çinin daxili işlərinə müdaxiləyə bərabərdir. Biz heç bir xarici müdaxiləyə dözməyəcəyik”, – deyə o bildirib.