Bu ərazidə su kəsildi

Bakının Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

“Azərsu”dan verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.