Raketlərin 60 faizi vuruldu – Rezniçenko

Dnepropetrovsk vilayətində gecə nisbətən sakit keçsə də, rus ordusu səhər saatlarından etibarən vilayəti raket atəşinə tutmağa başlayıb. Amma atılan raketlərin 60%-i Ukrayna HHM qüvvələri tərəfindən vurulub.

Axar.az xəbər verir ki, bu haqda vilayətin rəhbəri Valentin Rezniçenko özünün rəsmi Teleqram səhifəsində açıqlama paylaşıb.