Rusiya Belçika və Niderland diplomatları ölkədən qovur

Rusiya 21 belçikalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Brusel Tayms” məlumat yayıb.

Məlumata görə, aprelin 19-da Rusiya 21 belçikalı diplomatı arzuolunmaz şəxs elan edib. Diplomatlar mayın 3-dək ölkəni tərk etməlidirlər.

Belçika hökuməti məsələ ilə bağlı şərh verməyib. Belçikalı diplomatlarla yanaşı, Moskva Niderlandı təmsil edən 15 diplomatı da ölkədən çıxarıb.

Bildirilir ki, rus diplomatlarının AB ölkələrindən qovulmasına cavab olaraq Rusiya da bu addımı atır.