Rusiya yalan danışır Rubejnoe bizdədir – Qayday

Rusiyanın Rubejnoe şəhərinin “azad edilməsi” ilə bağlı xəbəri saxtadır, bu şəhər Ukraynanın nəzarəti altındadır.

Axar.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Müharibə başlayandan bəri üçüncü dəfədir ki, Rusiyanın Müdafiə Nazirliyi Rubejnoenin “azad edildiyini” elan edib. Bu bəyanat yenə saxtadır. Bu qəsəbə ilk dəfə guya martın 1-də işğalçıların nəzarətinə keçib. Sonra martın 18-də Rusiya təbliğatı yenidən Rubejnoenin “azad edilməsi” və hətta onun Ukrayna Silahlı Qüvvələrindən “təmizlənməsi” haqqında məlumat verdi. Lakin martın 20-də biz bu məlumatı təkzib etdik. Dünən xarici jurnalistlər Rubejnoedə olub və Rusiyanın yalanlarına şahid oldular”, – o bildirib.