Ruslar bütün ərzaq anbarlarını talan edib – Qayday

Rus hərbçiləri Luqansk vilayətinin Severodonetsk şəhərindəki bütün ərzaq anbarlarını, Rubejnoe və Novodrujeskdə evləri tamamilə yararsız hala salıb.

Bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Severodonetskdə bir ərzaq anbarı da salamat qalmayıb. Ruslar bütün anbarları talan edib. Əhali qidanı yalnız humanitar yardım vasitəsilə əldə edir”, – Qayday bildirib.