Rusiyanın daha bir hərbi gəmisi sıradan çıxdı

Rusiya Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli “Rəsul Həmzətov” patrul gəmisi sıradan çıxıb.

Bu barədə “Defense Express” məlumat yayıb.

Məlumata görə, gəmi Volqa-Don kanalı vasitəsilə Xəzər dənizindən Azov dənizinə keçən zaman zədələnib. Bildirilib ki, yedək gəmisi kanaldan çıxaran zaman gəminin sükan və vint hissələrini zədələyib. Ehtiyat hissələri olmadığı üçün gəmini təmir etmək hələ mümkün deyil.