İŞİD-ə sədaqət andı içən 5 nəfər Rusiyada tutuldu

Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.

ZaferTv.az Axar.az-a istinadən xəbər verir ki, onlar arasında həddi-buluğa çatmayan da var.

“Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb. Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir”, – məlumatda bildirilib.