Büdcənin icrası yenidən müzakirəyə çıxarıldı

Milli Məclisdə “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 6-da keçirilən iclasının gündəliyinə daxil edilib.

İclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açaraq, qanun layihəsi barədə məlumat verib.

İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak edirlər.