“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

“Baktelekom” şirkəti internet tariflərini 10 manatdan 17 manata qaldırıb. Artıq abunəçilər xəbərdarlıq edilmədən qiymətin 70 faiz artırılmasından narazılıqlarını bildiriblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Aztelekom MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva Axar.az-a açıqlamasında abunəçilərə əvvəlcədən xəbərdarlıq edildiyini deyib.

Onun sözlərinə görə, 6 iyul 2022-ci il tarixində həm“Aztelekom”, həm də “Baktelecom”un rəsmi səhifəsində qiymət artımı ilə bağlı xəbərdarlıq edilib:

“Xəbərdarlıq olunmayıb” sözünün bizə aidiyyatı yoxdur. Çünki biz artıq 1 ay əvvəldən xəbərdarlıq etmişik. Ola bilər sadəcə səhifəyə fikir verməyiblər”, – Mustafayeva deyib.