Xersonda Rusiyanın silah anbarı məhv edilib

Ukraynanın Xerson vilayətində Rusiya ordusunun silah anbarı məhv edilib.

UNİAN xəbər verir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat verib.

Bildirilib ki, ötən gün Ukrayna aviasiya qüvvələri Xersonda iki reyd keçirib. Əməliyyatlar nəticəsində Rusiyaya məxsus 2 silah anbarı və 4 zirehli texnika məhv edilib, bundan əlavə 19 hərbçi zərərsizləşdirilib.