Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

Türkiyənin İzmir şəhərində 4,4 bal gücündə zəlzələ olub.

ZaferTv.az APA-ya istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 10:30-da baş verib.

Zəlzələnin episentri Egey dənizinin İzmirin Urla rayonundakı sahilində yerləşib, zəlzələ 5,29 km dərinlikdə qeydə alınıb.