PKK Suriyada 7 müəllimi qaçırdı

PKK terror təşkilatı Suriyanın şimalında 7 müəllimi qaçırıb.

ZaferTv.az unikal.org-a istinadən bildirir ki, PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşması Suriyanın şimalında işğal etdiyi və nəzarətində saxldığı Haseke vilayətində 7 müəllimi qaçırıb.

Belə ki, YPG terrorçuları nəzarəti altında olan bölgədə yerləşən məktəblərdə ayrıca tədris proqramının tətbiq edilməsini zorakı şəkildə tələb edir. Bu tədris proqramlarını tətbiq etməyən 7 müəllim qaçırılıb. Hazırda müəllimlərin harda olduğu məlum deyil.