“İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir” – İlham Əliyev

“Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla geniş tərkibdə görüşdə bildirib.

Dövlət başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.