İdmançıları daşıyan avtobus qəzaya uğradı: 16 yaralı

Türkiyənin Bursa şəhərində idmançıları daşıyan mikroavtobus qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, mikroavtobus qazıntı işləri ilə məşğul olan texnika ilə toqquşub.

Hadisə nəticəsində sürücü də daxil olmaqla 16 nəfər yaralanıb. Onlardan 13-ü idmançı, 2-si isə məşqçidir.