Evini çətinliklə tapan Xocavənd sakini ata ocağında bayraq ucaltdı – Trend TV-nin REPORTAJI

Xocavəndin Salakətin kənd sakini Vüqar Hüseynov işğaldan azad edilən ata ocağına baş çəkib.

Zafer Tv Trend TV-yə istinadən bildirir ki, Vüqar Hüseynov öz evini çətinliklə tapıb, belə ki, ermənilər işğal dövründə kəndi yerlə-yeksan ediblər.

Vüqar Hüseynov Xocavənd rayonunun Salakətin kəndində 7 uşaqlı ailədə böyüyüb. 1991-ci ilin oktyabrın 30-da məcburi köçkün düşərkən onun 25 yaşı olub. O zaman ailədə sadəcə 1 qardaşı evli olub. İndi isə bütün qardaş və bacıları ailəlidir və doğma kəndlərinə 7 ailə qayıdacaqlar.

Hələliksə ata ocağına – doğma kəndinə Vüqar tək gəlib, dağılmış evinin yerinə müqəddəs bayrağımızı sancıb.

Hüseynovlar ailəsi səbirsizliklə Xocavəndə qayıdacaqları günü gözləyirlər.