Ermənistanda koronavirusdan ölənlərin sayı 3107 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 147 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 167 568 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3107 nəfərə çatıb.

Ermənistanda 159 045 nəfər xəstəlikdən sağalıb.