Milli Məclisdə gənclərlə bağlı keçiriləcək dinləmələrdə bu məsələlər müzakirə ediləcək

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda videokonfrans formatında dinləmələr keçiriləcək.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, dinləmələrdə deputatlar, dövlət qrumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Dinləmələrdə “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər”, “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”, “Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun rolu” kimi mövzular müzakirə ediləcək.

Daha sonra dinləmə iştirakçıları mövzulara dair müzakirələr aparacaqlar.