“Sözümü bəyənməyənlər keçsin qarşıma” – Roza aparıcılara səsləndi

Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” proqramında aparıcılara səslənib.

 ZaferTv.az axşam.az-a istinadən bildirir ki, o, səsi olan gənclərə efirdə yer verilməsini istəyib.

“Bir çox gənclərimiz “Can Qarabağ” deyib vətən yolunda şəhid oldular. Hər dəfə bunu deyəcəm, sözümü bəyənməyənlər qarşıma keçsin. Xudayar (şəhid Xudayar Yusifzadə – red.) kimi oğulları ölümündən sonra əbədiləşdirməməliyik. Onlara dəyər verib, efirlərimizə çağırmalıyıq. Hər zaman proqramımda gənc solistlərə üstünlük vermişəm, bundan sonra da davam edəcəm” deyə, Zərgərli.