Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı 459 365 nəfər artaraq 2020-cu il dekabr ayının 31-i vəziyyətinə 83 614 362 nəfərə çatıb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb.

Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.