Azərbaycan və İran arasında ticarət potensialları araşdırılacaq

Fevralın 6-da Azərbaycan və İran arasında ticarət imkanları və potensiallarının araşdırılması üzrə vebinar keçiriləcək.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, iclas İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının beynəlxalq idarəsinin təşkilatçılığı ilə keçiriləcək video-konfransa İran və Azərbaycanın birgə ticarət palatasının sədri Hüseyn Pirmüəzzin, İranın əlaqədar vilayətlərinin ticarət palataları, komitələr və əlaqədar qurumların nümayəndələri qatılacaqlar.

İclasda İranla Azərbaycan arasında ticarət imkanları, problem və risklər araşdırılacaq, iki ölkə əməkdaşlıqları, münasibətlərin inkişafı perspektivi, İran şirkətlərinin Azərbaycanda fəaliyyəti araşdırılacaq.

Qeyd edək ki, İranda Azərbaycanla ticarətin inkişafı komitəsi yaradılıb və bu komitəyə rəhbər İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi təyin olunub.