Ermənistanın itkiləri gizlətməsi ilə bağlı daha bir fakt

Tanınmış erməni ictimai fəal Aram Gevorqyan Ermənistanın rəsmi qurumlarının müharibə itkilərini gizlətdiyini bildirib.

ZaferTv.az xəbər verir ki, o, döyüşlər zamanı məhv edilmiş məşhur şəxslərin belə adının ölü siyahısına salınmadığını deyib.”Müharibə üç ay əvvəl bitsə də, döyüşdə ölənlərin siyahısı indi açıqlanır. Amma absurd olan məsələ budur ki, siyahıda öldüyü bildirilən yeni adların əksəriyyəti uzun müddət əvvəl dəfn edilənlərdir. Həmçinin onların çoxu tanınan şəxslərdir ki, müharibədə öldürüləndən bir neçə gün sonra hər kəsin gözü qarşısında dəfn ediliblər. Belə faktlarla bağlı parlaq bir nümunə göstərəcəyəm. Parlamentin keçmiş deputatı Rustam Qasparyan 16 oktyabr 2020-ci ildə yaralandı və bir gün sonra xəstəxanada öldü. Ayın 19-da dəfn edildi. Amma onun adı yalnız 3 gün əvvəl, 2 fevral 2021-ci ildə qurbanların rəsmi siyahısına salındı…” (azvision.az)