Əfqanıstan səfiri: “Cəbrayılda insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar”

“Cəbrayılda gördüyümüz mənzərə çox üzücü və dəhşətlidir”.

Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib. “Cəbrayıla səfərimiz zamanı gördük ki, insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar. Bu, insanlıqdan kənar hərəkətdir”,- səfir bildirib.