Avropa ölkəsi şokda – Hər 17 nəfərdən birində virus tapılıb

Niderlandda yeni tip koronavirusa yoluxanların sayı milyonu keçib.

ZaferTv.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb. 

“Son 24 saat ərzində ölkədə 4130 yeni yoluxma faktı aşkarlanıb. Bu isə o deməkdir ki, əhalisi 17 milyon ölkədə il ərzində yoluxanların sayı artıq bir milyonu keçib”, – məlumatda bildirilir.

Niderlandda ilk COVID-19-a yoluxma faktı 2020-ci il fevralın 27-də aşkarlanmışdı. O vaxtdan indiyədək orada 14 mindən çox insan dünyasını dəyişib