Bakıda bina çökür

Bakı şəhəri, Xətai rayonu, General Əliağa Şıxliniski küçəsi 42 ünvanında yerləşən bina çökür.

ZaferTv.az BAXAR.az-a istinadən xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin evləri bir neçə gündür Xətai Rayon İcra Hakimiyyətinin başçılığı ilə sökülür. Binanın qəzalı vəziyyətdə olması əsas gətirilərək bir neçə gündür səhər saatlarından bina sökülməyə başlayıb. Heç bir məhkəmə qərarı olmadan sökülən binanın yüzlərlə sakini əraziyə gətirilmiş texnikanın qarşısını kəssə də, heç bir müsbət nəticə əldə edə bilməyiblər.

Verilən məlumata görə binanın bir hissəsində çökmə prosesi gedir. 50-ə yaxın sakinin həyatı isə təhlükədədir.