“YAŞAT” Fondu 1 qazinin və 2 şəhid anasının əməliyyat xərclərini ödədi – FOTO

YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Ptrezident yanında Vətəndaşlara Xidmət və Sosial İbnnovasiyalar üzrə Dövlət Agentliyindən ZaferTv.az-a verilən məlumata görə, qazimiz Elgün Cənnətlinin, şəhidimiz Xalid Məcdunovun anası Xalidə Məcdunovanın, şəhidimiz Rəşad Şiriyevin anası Səadət Şiriyevanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.