Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Zafer Tv Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırıb.

Səfərdən geniş reportaj fevralın 15-də təqdim ediləcək.