Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda çinar ağacları əkiblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Zafer Tv Trend-ə istinadən bildirir ki, səfər zamanı Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilanda Bəsitçay dövlət təbiət qoruğunda çinar ağacları əkiblər.