20 Yanvar metrostansiyası qarşısında ACINACAQLI MƏNZƏRƏ – FOTO/VİDEO

Bakıda 20 Yanvar metro stansiyasının qarşısında acınacaqlı vəziyyət hökm sürür.

Zafer Tv xəbər verir ki, BAKU.WS-in “Qaynar xətt”inə məlumat daxil olub.

Sakinlər bildirirlər ki, hər gün metrostansiyanın qarşısındakı dayanacaqda avtobuslara minmək üçün sözün əsl mənasında mübarizə gedir.

Vətəndaşlar gündəlik olaraq istifadə etdikləri avtobuslara minməkdə ya çətinlik çəkirlər, ya da avtobusda sıxılmış vəziyyətdə getmək məcburiyyətində qalırlar.

Mövcud vəziyyət paytaxt sakinlərinin hər gün stress yaşaması və əsəblərinin tarıma çəkilməsi ilə nəticələnir.

Yerli sakinlər problemin əsas səbəbinin metro stansiyaların bağlı qalmasında və avtobusların vətəndaşları aparmaq üçün çətinliklərlə üzləşməsində görürlər.